Dünya

Yunanıstanda gəmi partladı: yaralananlar var

  • 24 Aug 2020
  • 330 baxış

Yunanıstanın Krit adasında İraklion limanında "Blue Star Horizon" gəmisi partlayıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, partlayış gəminin maşın bölməsində qeydə alınıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı gəmidə sərnişin olmayıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR