SAĞLAMLIQ

Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı

  • 10 Sep 2020
  • 296 baxış

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

XalqTV.com bildirir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 14,3 faizi bu rayonda yaşayır.

Növbəti sıralarda yoluxma sayına görə Xətai (12,2%), Yasamal (11,8%) və Sabunçu (11,7%) rayonları yer alır. 

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 9 faizi Nəsimi rayonunda, 8,4%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,6%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,6%-i Səbail rayonunda yaşayanlardır. 

Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 638 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 713 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO