Dünya

Gürcüstanda 170 yeni yoluxma

  • 15 Sep 2020
  • 240 baxış

Gürcüstanda son sutka ərzində daha 170 nəfərdə koronavirus aşkarlanıb.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 562-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.

Bundan əlavə, indiyədək 1 369 nəfər sağalıb. Hazırda 6 663 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.

Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR