Hadisə

Koronaviruslu qadın dənizə gələrək "ölmək istəmirəm” deyib ətrafa tüpürdü - FOTO

  • 16 Sep 2020
  • 286 baxış

Türkiyədə maraqlı hadisə yaşanıb.

XalqTv.com baku.ws-ə istinadən xəbər verir ki, Antalya şəhərinin dünyaca məşhur Konyaaltı sahilində qızı ilə dənizə gələn qadın ağlayaraq "ölmək istəmirəm" deyə qışqırmağa başlayıb.

Ətrafdakı insanların dediklərinə görə, Dilek Muratoğlu adlı qadın koronavirus olduğunu və buna görə ölmək istəmədiyini dilə gətirib. Qadının tez-tez yerə tüpürməsindən narahat olan ətrafdakı insanlar həmin ərazidən uzaqlaşaraq polisə xəbər ediblər.

Sahildə tətil edənlərin bəziləri ərazidən uzaqlaşarkən bəziləri də heç fikir vermədən günəşləniblər.

Sahildəki tibb işçiləri Dilek Muratoğlu və qızına yaxınlaşaraq onları təsəlli etməyə çalışıblar. Onlar qadının əlindən tutaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.

Koronavirus testi pozitiv çıxan qadına müalicə aldığı müddətdə psixoloji yardım göstəriləcəyi də bildirilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR