Xəbərlər

Kiyevdən Bakıya uçuşlar başlayır

  • 17 Sep 2020
  • 241 baxış


Ukraynanın "Beynəlxalq Hava Yolları" aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.

XalqTv.com Trend-ə istinadən bildirir ki, həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.

Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.

Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR