Mədəniyyət

Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək

  • 17 Sep 2020
  • 350 baxış




Mədəniyyət sahəsində bir sıra standartlar müəyyən edilməlidir. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən boşluqlar var. Ona görə də standartlaşma bizim yeni bir yanaşmamızdır.

XalqTv.com  Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir müavini qeyd edib ki, biz beynəxalq təcrübənin yaxşı modellərini istifadə etməliyik. O bildirib ki, mədəniyyət sahəsinə özəl sektoru cəlb etmək fikirləri var: "Fransada özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasının şahidi olmuşam. Bunu ölkəmizdə etmək üçün müəyyən vergi güzəştlərinin edilməsinə ehtiyac duyulur".

A.Kərimov vurğulayıb ki, Mədəniyyət sahəsində çalışan şəxslərin əməkhaqqı heç də yüksək deyi

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR