Xəbərlər

Bakıda mənzillərin qeydiyyatı üçün növbəti sənəd qəbulu keçiriləcək

  • 29 Sep 2020
  • 4764 baxış

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin növbəti səyyar sənəd qəbulu sentyabrın 30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək.

İqtisadiyyat Nazirliyindən XalqTv-a verilən məlumata görə, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR