Xəbərlər

"Müharibə başlayandan sevincimdən ağlayıram" - Qarabağda döyüşmüş Əməkdar artist - FOTO

  • 09 Oct 2020
  • 7229 baxış

Prezidentin əks-hücum qərarını çox yüksək qəbul edirəm, sevincimin həddi-hüdudu yoxdur.  

 I Qarabağ müharibəsində döyüş yolu keçmiş Əməkdar artist Cabir Abdullayev deyib.

Sənətçi bildirib ki, bu gün hərbi formanı əyninə geyinən, geyinməyən hamı ayaqüstədir, hamı qələbə xəbərini gözləyir:

"Şükür Allaha ki, 30 ilə yaxındır gözlədiyimiz gündür, andı, məqamdır. Düşməndən qisas almağın tam bir məqamıdır. Həm də ona sevinirəm ki, bu gün, həqiqətən, güclü ordumuz var. Mənə elə gəlir uzaqda deyil, tam qələbəmizi qeyd edəcəyik. Bir azərbaycanlı, bir qarabağlı kimi də çox sevinirəm. İnsanlarda çox yüksək səviyyədə döyüş əhval-ruhiyyəsi görürəm. 

Hamı ayaq üstədir, hamı hər an qələbə xəbərini gözləyir

I Qarabağ müharibəsində də bizim igid oğlanlarımız var idi. Allah şəhidlərimzə rəhmət eləsin. Bu gün, demək olar ki, Ali baş Komandanımız başda olmaqla Azərbaycanın bütün böyüyündən balacasına kimi, 7-dən 77-yə qədər hamısı döyüşməyə, canından keçməyə hazırdır ki, Qarabağımız düşmən tapdağından azad olsun. Bizim buna haqqımız da var, haqq biz tərəfdir. Cənab prezidentin çıxışında belə bir söz eşitdim mən, dedi ki, "Biz bir santimetr də torpağımızı heç kimə verməyəcəyik". Bu açıqlama da çox qürurvericidir.

O gün çox uzaqda deyil

Bu gün hərbi formanını əyninə geyinən, geyinməyən hamı ayaqüstədir, hamı hər an qələbə xəbərini gözləyir ki, bayrağımızı Şuşada, Laçında sancaq və birdəfəlik bu məsələni həll edək. O gün çox uzaqda deyil. İnanın ki, döyüş başlayan andan mən sevinc gözyaşlarımı saxlaya bilmirəm. Çünki bu, bütün Azərbaycan xalqının gözlədiyi gün idi. Şükür Allaha ki, Allah bunu bizə nəsib etdi. Göydə Allah, yerdə bizim əsgərlərimiz, Ali Baş Komandanımız, inşAllah biz bu qələbəni çalacağıq".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR