Xəbərlər
Pike "Barselona" ilə razılaşdı
"Barselona"nın futbolçusu Jerar Pike maaşının azaldılmasına razılıq verib.
XalqTv.com-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, ispan müdafiəçi maaşının azaldılmasına razı olan 4-cü oyunçu olub.
Bundan əvvəl Mark-Andre ter Ştegen, Frenk de Yonq və Kleman Lanqle koronavirusun səbəb olduğu böhrana görə bu addımı atmışdılar.
XalqTv.com
RƏYLƏR