Xəbərlər

Rusiyada son sutkada 16 521 nəfər koronavirusa yoluxub

  • 24 Oct 2020
  • 6454737 baxış

Rusiyada son sutka ərzində daha 16 521 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

XalqTv.com APA-ya istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 497 167 nəfərə çatıb.

Son sutka ərzində 296 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 25 821 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR