Xəbərlər

Bakıda 38 yaşlı kişi binadan yıxılaraq öldü

  • 26 Oct 2020
  • 146770 baxış

Bakıda bədbəxt hadisə baş verib.

XalqTv.com APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahihimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR