Hadisə

Masallıda ikimərtəbəli ev yanıb

  • 13 Dec 2020
  • 352802 baxış

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 280 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən XalqTv.com-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR