Göbələkli Yay Salatı - VİDEO
XalqTv.com azcookbook.com-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.
GÖBƏLƏKLİ YAY SALATI
Ərzaqlar
1 ədəd orta boy baş soğan, uzun-uzun və nazik doğrayın
1 balaca banka (təxminən 2 stəkan) konservləşdirilmiş qoyulmuş yumru göbələk
1 ədəd orta boy yerkökü, suda yarım bişənə kimi qaynadın, soyun, və uzun-uzun və nazik doğrayın
1 ədəd kiçik qırmızı Bolqar bibəri, uzun-uzun və nazik doğrayın
1 ədəd kiçik sarı və/ya narıncı rəngi Bolqar bibəri, uzun-uzun və nazik doğrayın
1 ədəd kiçik yaşıl Bolqar bibəri, uzun-uzun və nazik doğrayın
1 ədəd orta boy turşu xiyar, uzun-uzun və nazik doğrayın
1 ədəd orta boy təzə xiyar, qabığını soyub uzun-uzun və nazik doğrayın
Bir ovuc doğranmış şüyüd
3-4 xörək qaşığı təzə sıxılmış limon suyu
3-4 xörək qaşığı extra-virgin zeytun yağı
Duz və istiot
Hazırlanması
Göbələkləri ortadan iki yerə kəsin (çox balacadırlarsa, kəsməyə də bilərsiniz). Soğanı bir qaba qoyub üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, əlinizlə suyunu tamamilə sıxın. Soğanla birgə bütün ərzaqları iri qarışdırma qabına qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.
Hazırlanma qaydasına videoda baxa bilərsiniz. Nuş olsun!
XalqTv.com