Xəbərlər

YAŞAT yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa başladı - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 19 Dec 2020
  • 45778 baxış

YAŞAT Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa da başlayıblar.

XalqTv.com  Trend-ə istinadən bildirir ki, şəhid Fuad Haşımovun atası Haşımov Ceyhun Kamil oğlu 3-cü dəfə insult keçirdiyinə görə hazırda müalicə alır. Müddətindən asılı olaraq onun müalicə xərcləri YAŞAT Fondu tərəfindən qarşılanacaq. Şəhid Şeydayev Rəfaelin anası Şeydayeva Cəmilə Saday qızı hazırda tənha yaşayır və xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün müraciət edib. YAŞAT Fondu tərəfindən məsələyə baxılıb və müalicə xərcləri dövlət tərəfindən qarşılanacaq. Müalicə ilə əlaqədar yaranacaq digər xərcləri isə Fond öz öhdəsinə götürüb.

Yalnız fərdi qaydada deyil, irihəcimli yardımlar da gerçəkləşir. Səhiyyə Nazirliyinin Buzovnada yerləşən Reabilitasiya Mərkəzində müalicələri davam etdirilən və "RGO" ortopedik cihazına ehtiyacı olan 6 qazimiz üçün bu cihazlar xaricdən sifariş edilib.

Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. YAŞAT Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılanması prosesi davam edir


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR