Xəbərlər

1100-dən çox şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin edilib

  • 11 Jan 2021
  • 12890 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.

Nazirlikdən XalqTv.com-a verilən məlumata görə, fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.

Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.

Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-19577-xalqtv-com..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11