Dünya

"Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq"

  • 02 Jun 2017
  • 243 baxış

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq.

XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb:

"Birincisi, Əfqan Muxtarlının Gürcüstanda saxlanılması barədə məlumatlar təsdiqlənməyib. Azərbaycan Respublikası Baş Prokrurluğu tərəfindən verilən açıqlamada göstərilir ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhəddini qeyri-qanuni keçdiyi üçün saxlanılıb. Əfqan Muxtarlının Gürcüstan tərəfinin saxlayıb təhvil verməsi ilə bağlı hec bir sübut yoxdur. Bu hadisənin iki ölkə arasında münasibətləri korlamasına gəlincə isə bu, mümkün deyil. Gürcüstan-Azərbaycan münasibətlərini bir neçə dəfə korlamaq cəhdləri olub. Ancaq bu cəhdlər baş tutmayıb. Çünki Gürcüstan-Azərbaycan dostluğu böyük tarixi keçmişə dayanır. İki dost, qardaş dövlət arasında olan münasibəti heç bir qara qüvvə korlaya bilməz".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-1959-mueyyen-quvvelerin-gurcustan-azerbaycan-munasibetlerini-korlamaq-cehdleri-bash-tutmayacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11