Xəbərlər

"Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir" - TDƏŞ Baş katibi

  • 17 Jan 2021
  • 12004 baxış

İşğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və azad edilməsi 30 ildir gözlənilirdi.

XalqTv.com xəbər verir ki, bunu Trend-in Qarabağ bürosunun müxbirinə Azərbaycanın Ağdam bölgəsində səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amrev deyib.

Onun sözlərinə görə, bu, yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk ölkələri üçün çox böyük bir qələbədir. Buna görə bütün qardaş türk xalqları bu qələbəni bu cür qəbul etdilər:

"Bu gün dağıdılmış Ağdamı ziyarət etdik. Bu şəhərin sahiblərini gözlədiyi bəlli idi. Əvvəllər firavan bir yer idi, indi əminəm ki, bu torpaqlar azad edildikdən sonra azərbaycanlılar buraya qayıdacaq və Ağdamın əvvəlki şöhrətini qaytaracaqlar. Bu gün bu yerləri ziyarət etdiyimizə və bütün bunları öz gözlərimizlə gördüyümüzə görə çox şadıq".


XalqTv.com



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR