Xəbərlər

Xalq artisti infarkt olub - Heç kimi tanımır

  • 18 Jan 2021
  • 192 baxış

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Bu barədə ölkə.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Ə.Vəliyev bildirib ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib:

"Hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Amma həkimlər əllərindən gələni edirlər".

Qeyd edək ki, Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur..


XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR