Xəbərlər
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib
Qələbəni bizə yaşadanları yaşadaq!
"YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
XalqTv.com xəbər verir ki, Fond tərəfindən bu gün daha 48 şəhid ailəsi üzvünün özlərinin müəyyən etdiyi tibbi zərurət üzrə müayinədən keçirilməsi, 3 nəfərin isə əməliyyatı təmin edilib.
Həmçinin, qazilərimiz Nəsirov Kənan Füzuli oğlunun müalicəsi ilə əlaqədar yaranan əlavə xərclər, Xaliqov Seyidəkbər Vaqif oğlunun və Səmədov Elnur Eldar oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqamətindəki müraciətləri "YAŞAT" Fondu tərəfindən təmin ediləcək.
RƏYLƏR