Xəbərlər

Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi

  • 21 Jan 2021
  • 88649 baxış

Ölkə ərazisində havanın qeyri-sabit keçməsi avtomobil yollarında bəzi çətinliklər yaradıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, Bakı-Şamaxı yolunun bəzi hissələrində buzlaşma müşahidə edilib. Yolun Ağsu dolayları və Muğanlı-İsmayıllı ərazilərində yollarda buz qatları əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti avtomobil yollarına da təsirini göstərib: "Dağlıq və dağətəyi ərazilərdə qarın yağması davam edir. Bununla əlaqədar avtomobil yollarında qısamüddətli problem yarana bilər. Hər hansı problem yaranarkən çalışırıq ki, bu problem aradan qaldırılsın. Hazırda Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolları və dağlıq ərazilərdən keçən digər yollara qarın yağması davam edir. Sürücülərdən xahiş edirik ki, avtomobillərini qış şinləri ilə idarə etsinlər. Əks halda onların hərəkətinə müəyyən çətinliklər yaranacaq".


XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR