Xəbərlər

Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradıldı

  • 28 Jan 2021
  • 8888469 baxış

Türkiyənin Tibb Elmləri Universitetinin mütəxəssisləri COVID-19 infeksiyasına qarşı immunitet qazandıran preparat yaradıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, "Quermax" adı verilən preparat sınaqlar zamanı uğurlu nəticə göstərib.

Sınaqlar zamanı infeksiyaya yoluxma riski yüksək bölmələrdə çalışan tibb işçiləri iki qrupa bölünüb. 71 nəfərlik qrupa tərkibində kversetin maddəsi və C vitamini olan preparat verilib. 42 nəfərdən ibarət qrup isə hər hansı bir preparat qəbul etməyib.

Müşahidələr nəticəsində məlum olub ki, birinci qrupda 71 nəfərdən 1-i, ikinci qrupda 42 nəfərdən 9-u COVID-19-a yoluxub.

Qeyd olunub ki, "Quermax" koronavirusun hüceyrəyə daxil olmasının qarşısını alır.

Nəticələr təsdiq olunduqdan sonra preparatın seriyalı istehsalı başlayıb




XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR