Xəbərlər

Belə qayda pozan sürücüləri 800 manat cərimə gözləyir

  • 28 Jan 2021
  • 44376 baxış

Bakıda dayanma-durma qaydasını pozan bəzi sürücülər kamera vasitəsi ilə cərimələnməmək üçün avtomobilin qeydiyyat nişanlarını müxtəlif üsullarla gizlədirlər. Ona görə də kameralar vasitəsi ilə onlara cərimə tərtib etmək bəzən mümkünsüz olur.

XalqTv.com avtosfer.az-a istinadən bildirir ki, bu halda sürücünü hansı cəza gözləyir?

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, nəzarət kameralarının olduğu yerlərdə qayda pozuntularına görə cərimədən yayınmaq üçün qeydiyyat nişanının üstünü bağlamaq qanunla qadağandır. Sürücülərin bu qayda pozuntusuna görə "İnzibati Xətalar Məcəlləsi"ində daha ağır cəza nəzərdə tutulub. Həmin məcəllənin 342.9-cu maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməyə görə 500 manatdan 800 manatadək cərimələ nəzərdə tutulub.




XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR