Xəbərlər

"Ziraat Bank Azerbaijan" Mobil Bankçılıq tətbiqi artıq istifadənizdədir!

  • 11 Feb 2021
  • 141414403 baxış

"Ziraat Bank Azərbaycan" hər zaman olduğu kimi müştərilərini düşünərək məhsul və xidmət növlərini  artırmağa davam edir.  Artıq  "Ziraat Bank Azerbaijan" mobil bankçılıq tətbiqi istifadənizdədir.

Yeni mobil bankçılıq tətbiqi vasitəsilə müştərilər hər zaman mobil cihazlarını istifadə edərək onlayn platformada həyata keçirilməsi  mümkün olan bütün bank əməliyyatlarını banka gəlmədən icra etmək imkanı əldə edirlər.

Mobil Bankçılıqda təqdim olunan xidmətlər:

•    Hesablar: Cari / Əmanət Hesabları (Hesab hərəkətləri, Çıxarışların əldə edilməsi (Excell,PDF))

•    Kartlar: Debit / Kredit (Əməliyyatlar, Statusun yenilənməsi, SMS bildiriş parametrləri, Kredit ödənişi, Ödəniş planı)

•    Pul köçürmələri: Hesabdan Karta/Kartdan Hesaba, Kartdan karta (ölkədaxili, ölkəxarici), Bankdaxili Köçürmələr, Ölkədaxili Köçürmələr, Hesabdan/ Kartdan Valyuta köçürmələri (SWIFT), Valyuta köçürmələrinin izlənməsi, Gələcək tarixli əməliyyatlar, Qeyd edilmiş əməliyyatlar, Toplu Pul Köçürmələri

•    Ödənişlər: HÖP, Vergi, Mobil, Telefon, Kommunal, İnternet, Sığorta, Bank ödənişləri, Təhsil haqqı və s.

•    Kredit Hesabları: Kreditlər, Ödənişlər, Ödəniş planı, Əməliyyat tarixi, Detalların izlənilməsi

•    Valyuta: Valyuta Alışı/Satışı, Çarpaz valyuta, Valyuta kursları

·    Korporativ: Əməliyyatların səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi, izlənilməsi, səlahiyyətlərin verilməsi və s.


Rahat interfeysə sahib, sürətli və unikal "Ziraat Bank Azerbaijan"  mobil  tətbiqi sizin təhlükəsizliyinizin qorunması üçün Biometrik, SMS, Hard OTP və identifikasiya vasitələri ilə təchiz edilmişdir.

Mobil tətbiqi siz Android və IOS mobil marketlərdən endirərək istifadə edə bilərsiniz.

Əlavə olaraq, "Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq, Bank qısa müddət ərzində filiallarının sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək və ya www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.


https://apps.apple.com/tr/app/ziraat-bank-azerbaijan/id1548440071?l=tr

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR