Şəhid

Daha bir Vətən müharibəsi şəhidi dəfn olundu

  • 18 Feb 2021
  • 7863 baxış

XalqTV.com xəbər verir ki, vətən müharibəsində itkin düşən, ötən gün isə şəhid olduğu xəbəri gələn hərbçimiz Anar Nurullayev bu gün torpağa tapşırılıb.

Bu barədə Milli.Az-a Sabirabad rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd edilib ki, şəhidin dəfn mərasimində Müdifə Nazirliyinin əməkdaşları, icra başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

Şəhid Anar Nurullayev doğulduğu Osmanlı kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, A.Nurullayev kiçik çavuş rütbəsində olub, yaxınları onunla sonuncu dəfə sentyabrın 30-da əlaqə yaradıblar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR