Xəbərlər

Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixolo

  • 19 Feb 2021
  • 242 baxış

Vətən müharibəsində şəhid

olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir








Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüşərək onların sosial problemləri və məişət qayğıları ilə maraqlanıb, bu problemlərin həlli istiqamətində birgə işlər görüblər.
Görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılmış və psixoloji işin tələblərinə uyğun olaraq real vəziyyətlə bağlı tövsiyələr verilmişdir.
Psixoloji bərpa və reabilitasiyaya ehtiyacı olan ailə üzvlərinin siyahısı tərtib edilərək ixtisaslaşmış psixoloji müayinə üçün mütəxəssislərə təqdim edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR