Xəbərlər

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar hazırlıq işləri görülür

  • 22 Feb 2021
  • 9856679 baxış

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin yerləşdiyi parkda

hazırlıq işlərinə başlanılıb.

Bu barədə xalqTv.com a  Xətai Rayon İcra Hakimiyyəti (RİH) Apparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Pənah İmanov məlumat verib.

Onun sözlərinə görə, abadlıq, quruculuq işlərinə bu ilin fevral ayının əvvəlindən start verilib: "Park xiyaban daim nəzarətdə

saxlanılır. Belə ki, bura

vətəndaşların həmişə axın etdiyi yer olduğu üçün, işıq sistemi, dirəklər yoxlanılır, günlüklər, oturacaqlar nəzarətdə saxlanılır.

Bundan əlavə, Xocalı

soyqrımının ildönümü ilə bağlı da bir sıra işlər görülür. Mövsümü güllər və gül kolları əklilir və hər il onların düzülüşü yeni

dizaynda edilir. Eləcə də, prospekt

boyu bu əraziyə gələn yollarda binaların fasadına və divarlara Xocalı faciəsini əks etdirən plakatlar, bannerlər, şəhid şəkilləri

vurulur. Xocalı prospekti boyu

yerləşən binaların fasadlarının təmizlənməsi, səkilərin yuyulması işləri də həyata keçirilir".


  xalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR