Xəbərlər

Koronavirusdan sağalanları 6 ay sonra gözləyən təhlükə - FOTO

  • 23 Feb 2021
  • 5725721 baxış

Araşdırmalar göstərir ki, koronavirusdan tamamilə qurtulmaq mümkün deyil.

XalqTv.com The Sun-a istinadla xəbər verir ki, aparılan araşdırmalara görə koronavirusdan tamamilə sağalanlar belə bir müddət sonra səhhəti ilə bağlı müəyyən problemlər yaşayırlar.

Virusun ilk dəfə yayıldığı deyilən Vuhanda aparılan araşdırmaların nəticəsində məlum olub ki, sağalaraq evə buraxılan 1655 nəfərdən 359-unun sonradan saçları sürətlə tökülməyə başlayıb.

The Lancet-in məlumatına görə, koronavirusdan sağalanlar bir neçə ay sonra saç tökülməsindən, yorğunluq və halsızlıqdan əziyyət çəkirlər, onlarda təngnəfəslik yaranır.

Məlumatda bildirilir ki, koronavirusdan sağalan hər 4 nəfərdən birinin saçları 5,6 ay sonra sürətlə tökülməyə başlayır. Koronavirusdan sağalan qadınlarda isə saç tökülməsi riski kişilərə nisbətən daha böyükdür.



XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR