Xəbərlər

Məhsulların qiyməti niyə artır? - Deputat AÇIQLADI

  • 19 Mar 2021
  • 230 baxış

Ölkədə müşahidə edilən qiymət artımının bir neçə səbəbi var. Onlardan bəzisinin qarşısını almaq  mümkün olsa da, bəzisinin obyektiv səbəbləri var. 

XalqTv.com xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Mahir Abbaszadə deyib. O bildirib ki, qiymət artımı yerli istehsalla yanaşı xaricdən gətirilən məhsullarda da müşahidə edilir:

"Xarici valyutaların məzənnəsindəki dəyişikliklər idxal edilən məhsulların qiymətinə təsir edən amillərdəndir. Bundan başqa qiymət artımın bir səbəbi də pandemiya ilə əlaqədar ticarət tərəfdarşlarımızla iqtisadi əlaqələrdə yaranan müəyyən çətinliklər və bu çətinliklər səbəbindən həmin məhsulların bazarda az olmasıdır. Həmçinin digər artım səbəbi isə bayramla əlaqədar gündəlik istehlak məhsullarına olan tələbatın artmasıdır".

Millət vəkili onu da qeyd edib ki, hökumət qiymət artımının qarşısını almaq üçün bir sıra tədbirlər görür:

"Pandemiya ilə əlaqədar tərəfdaşlarımızla yaranan problemlərin həlli istiqamətində hökumət tərəfindən ciddi tədbirlər görülməkdədir. Həmçinin Baş nazir Əli Əsədov bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyində mütəmadi olaraq məhsulların qiymətləri ilə bağlı məlumatlar toplanır və müzakirə olunur. Dövlət tərəfindən süni qiymət artımı ilə bağlı mübarizə aparılmaqdadır və bu mübarizə 2021-ci ildə də davam edəcək".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR