Xəbərlər

Dini icma rəhbərləri Ağdamda birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər - F

  • 07 Apr 2021
  • 85666 baxış

XalqTv.com Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin məzarların Trend-ə istinadən bildirir ki, Allahşükür Paşazadə və dini icma rəhbərləri Milli Qəhrəman Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digər şəhidlərin qəbrini ziyarət edib, onların ruhuna dualar oxuyublar.

Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR