Xəbərlər

Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək

  • 19 Apr 2021
  • 6256789 baxış

9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.  

Xalqtv.com-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş  günləri olacaq. İş  mayın 16-dan başlayacaq. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR