Şou Bİznes

7 gün öncə anasını itirən Aslanın son müsahibəsi: Haradan pul qazanım?

  • 05 May 2021
  • 241 baxış

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Aslan Hüseynov vəfat edib.

Onun anası isə 7 gün öncə dünyasını dəyişmişdi.

XalqTv.com bildirir ki, müğənni ölümündən öncə son müsahibəsini azxeber.com-a vermişdi.

O anasının uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət çəkdiyini demişdii:

"Anam uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirdi. Daimi ürək ağrıları olurdu, müalicələr də olunmuşdu. Qəflətən ürəktutmasından dünyasını dəyişib. Başqa xəstəliyi yox idi. Çoxları bizi qınayır ki, niyə Moskvaya gedirsiz? Bəs nə edim? Hardan pul qazanım, pul qazanmaq üçün məcbur gedirəm Moskvaya. Qınayanın Allah qoy elə öz başına gətirsin".

Müğənni göz yaşları içərisində kədərini gizlədə bilməmişdi:

"Allah heç bir övladı anasından ayırmasın, çox ağırdı, çox çətindi, anam mənim üçün həmişə əzizdir. Mən bilmirəm nə edim, Allah heç kimə qismət etməsin bu dərdi. Allah hamının valideynini qorusun, Allah can sağlığı versin bütün valideynlərə".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR