Dünya

Meksikada üç günlük matəm elan olundu

  • 05 May 2021
  • 2007 baxış

Meksikada mayın 3-ü baş verən metro faciəsi ilə əlaqədar üç günlük matəm elan edilib.

XalqTv.com  qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Andres Manuel Lopez Obrador müvafiq fərman imzalayıb.

"3 may 2021-ci il tarixində Mexiko Siti metrosunun kollektiv nəqliyyat sisteminin 12-ci xəttindəki faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi",- deyə sənəddə qeyd olunub.

Prezidentin fərmanı dərc edildiyi andan qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endiriləcək.

Xatırladaq ki, mayın 3-də Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində 25 nəfər həlak olub, 79 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-19814-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11