Dünya

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

  • 06 May 2021
  • 1457 baxış

Xəzər dənizi sahilində, Mahaçqla şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

XalqTv.com Trend-ə istinadən bildirir ki, ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR