Dünya

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır

  • 06 May 2021
  • 12777 baxış

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

XalqTv.com bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,5% artaraq 69,59 dollar təşkil edib.

Xatırladaq ki, Bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,83 ABŞ dollarına bərabər olub ki, bu da mart ayının orta qiyməti ilə müqayisədə 2,42 dollar və ya 3,6% azdır. Aprel ayında ən yüksək göstərici (aprelin 29-u) - 67,71 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin 7-si) 61,63 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 6,4% və ya 4,02 dollar artıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR