İqtisadiyyat

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub

  • 15 May 2021
  • 2178 baxış

Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

XalqTv.com Trend-ə istinadən bildirir ki, cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qiymətlərində qeydə alınıb.

Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə edilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR