İqtisadiyyat

İki rayonda qaz xətləri yenilənir

  • 15 May 2021
  • 1502 baxış

"Azəriqaz" İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

Birlikdən XalqTv.com verilən məlumata görə, abonentlərin mavi yanacaqdan rahat, daha əlçatan şəkildə istifadə edə bilmələri üçün Şəmkir rayonunda da təmir işləri həyata keçirilir. Rayonun Yuxarı və Aşağı Seyfəli kəndlərində istismar müddəti başa çatmış qaz xətləri yenilənir. 2800 metr uzunluğunda çəkilən yeni qaz xətti abonentlərin payız-qış mövsümündə qaz təchizatında yarana biləcək problemləri minimuma endirəcək.

Qazax şəhərində Nərimanov küçəsində istismar müddəti başa çatmış yeraltı qaz xətlərinin yenilənməsi işləri aparılır. Yeni xətt hazır olduqdan sonra abonentlər daha rahat şəkildə mavi yanacaqdan istifadə edə biləcəklər.

Bu günə qədər Qazax şəhərinin M.Rəsulzadə, Bakı, Seyidov küçələrində 76, 89, 108, 159 mm diametrində olan qaz xətləri də yenilənib. Görülən işlər "Azəriqaz" İB-nin Təmir-Tikinti idarəsi tərəfindən həyata keçirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR