İqtisadiyyat

Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib

  • 16 May 2021
  • 18049 baxış

Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XalqTv.com verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR