Dünya

Bu ölkədə toy mərasiminə İCAZƏ VERİLDİ

  • 17 May 2021
  • 2239 baxış

Bu gündən etibarən İngiltərədə koronavirusla bağlı qoyulan qaydalar yüngülləşdirilir. 

XalqTv.com APA-ya istinadən xəbər verir ki, bununla da muzeylər, kinoteatrlar, və hoteller öz fəaliyyətlərini bərpa edir. 

Həmçinin restoranların daxili məkanlarında da müştərilərə xidmət etməyə icazə veriləcək. 

Bundan əlavə, insanlar qapalı məkanlarda 6 nəfərədək, açıq məkanlarda isə 30 nəfərədək toplaşa, görüşə bilərlər. Eyni zamanda, maksimum 30 nəfərlik toy mərasimlərinin keçirilməsinə də icazə veriləcək. 

Qeyd edək ki, bundan əvvəl İngiltərədə koronavirus qaydaları aprelin 12-də yumşaldılmışdı. Bu qaydalara əsasən, restoranların açıq məkanlarda fəaliyyətinə icazə verilmiş, idman zalları fəaliyyətini bərpa etmişdi. 

Hər şey qaydasında gedərsə, İngiltərə hökuməti tərəfindən iyunun 21-də növbəti yumşaldılma barədə qərar verəcəyi gözlənilir. 

Xatırladaq ki, Britaniyada koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-19904-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11