idman

"Barselona" çempionluq şansını itirdi, "Ateltiko" və "Real"dan qələbə

  • 17 May 2021
  • 1902 baxış

Bu gün İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.

XalqTv.com qol.az-a istinadən xəbər verir ki, turun bütün qarşılaşmaları eyni vaxtda olub.
 
Lider "Atletiko" doğma meydanda "Osasuna"nı qəbul edib və əzmkar qələbə qazanıb. Turnir cədvəlinin 2-ci sırasında yer alan "Real" səfərdə "Atletik"ə minimal hesabla qalib gəlib.

"Barselona" isə evdə "Selta"nı qəbul edib və gözlənilmədən rəqibinə uduzub.

Bu nəticələrdən sonra lider "Atletiko"nun 83, 2-ci pillədə qərarlaşan "Real"ın isə 81 xalı var. Aktivində 76 xalı olan "Barselona" isə çempionluq şansını itirib.

Mayın 23-də keçiriləcək mövsümün sonuncu - 38-ci turunda "Real" evdə "Vilyarreal"la, "Atletiko" isə səfərdə "Valyadolid"lə qarşılaşacaq. Məhz bu oyunlardan sonra La Liqanın qalibi müəyyənləşəcək

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR