idman

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası

  • 17 May 2021
  • 2204 baxış

Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq.

XalqTv.com xəbər verir ki bu barədə Trend-ə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib. Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, "Formula 1 Village" olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.

Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.

Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR