Siyasət

Qarabağ savaşı Türkiyədə növbə yaratdı

  • 18 May 2021
  • 1690 baxış

Türkiyə pilotsuz uçuş aparatlarının Qarabağdakı uğurları ona dünya şöhrəti gətirib. 44 günlük müharibədə "əsrin möcüsəsi" kimi ad çıxaran bu silahlara artıq 10-a yaxın dövlət müraciət edib. Ukrayna, Mərakeş, Tailand, İndoneziyanın ardınca, Macarıstan da öz hərbi ehtiyaclarını təmin etmək üçün Türkiyəyə müraciət edib.

Türkiyə mediasının yaydığı məlumata görə, yaxın günlərdə rəsmi Budapeşt Türkiyə pilotsuz uçuş aparatlarını test etmək üçün Ankaraya nümayəndə heyəti göndərəcək. Macarıstan Silahlı Qüvvələrinin silahlanma direktoru Qaspar Marot yerli televiziya kanalına verdiyi açıqlamada Türkiyə uçuş aparatları ilə bağlı maraqlı açıqlamalar verib.

Macarıstanın 2018-ci ildən bəri pilotsuz uçuş aparatları strategiyasına sahib olduğunu və potensial tədarük bazarını izlədiyini söyləyən Marot "bir neçə türk təchizatçısı və bir qrup mütəxəssis Türkiyəyə avadanlıqları sınamaq üçün səfər edəcək" deyib. Marot hansı şirkətlərdən silah alınacağı sualına "ən yaxşı qabiliyyətə sahib pilotsuz uçuş aparatları alınacaq" deyib. Macarıstan hazırda ANKA, AKSUNGUR və Bayraktar TB2 almaq niyyətindədir. Məlumata görə, artıq Tunis də yaxın vaxtlarda Türk Silahlı Qüvvələrinin silahlarını öz bazasına daxil etməyi planlaşdırır

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR