Xəbərlər

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkinin görüntüsü yayıldı

  • 18 May 2021
  • 2060 baxış

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun məhkəməsi başlayıb.

XalqTv.com Unikal.org-a istinadən xəbər verir ki, İ.Süleymanovun məhkəmədən görüntüləri yayılıb.

Qeyd edək ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

İttiham aktında qeyd olunub ki, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Növbəti məhkəmə prosesi iyunun 1-nə təyin edilib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR