idman

Vasif Durarbəyli Azərbaycan çempionu olub

  • 19 May 2021
  • 194 baxış

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

XalqTv.com APA-ya istinadən xəbər verir ki, Naxçıvanda təşkil olunan yarışın qalibi adını Vasif Durarbəyli qazanıb.

29 yaşlı qrossmeyster finalda Nicat Abbasovu 4:2 hesabı ilə məğlub edib.

3-cü yeri isə Eltac Səfərli tutub. O, bürünc medal uğrunda görüşdə Nicat Məmmədovdan güclü olub.

Qeyd edək ki, Durarbəyli çempionluq sayəsində Dünya Kubokuna vəsiqə də qazanıb

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR