İqtisadiyyat

Azərbaycanda qızıl və gümüş bahalaşır

  • 19 May 2021
  • 1721 baxış

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, mayın 18-də qızılın qiyməti mayın 17-i ilə müqayisədə 26,3245 manat (0,84 faiz) artaraq 1 unsiya üçün 3 176,2035 manat təşkil edib.

Gümüş 1,3921 manat (2,96 faiz) bahalaşaraq 1 unsiya üçün 48,3907 manata bərabər olub.

Platinin qiyməti 12,699 manat (0,61 faiz) artaraq 2 107,6685 manat, palladiumun qiyməti 6,358 manat (0,13 faiz) artaraq 4 950,179 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 177,021 manat (5,9 faiz) bahalaşıb, gümüş 4,4614 manat (10,2 faiz) bahalaşıb, platin 65,7815 manat (3,2 faiz) bahalaşıb, palladium 291,5755 manat (6,3 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 183,107 manat (6,1 faiz) bahalaşıb, gümüş 19,1965 manat (65,8 faiz) bahalaşıb, platin 730,2265 manat (53 faiz) bahalaşıb, palladium 1 627,835 manat (49 faiz) bahalaşıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR