idman

Laçının ilk baharı - REPORTAJ

  • 19 May 2021
  • 12819 baxış

28 ildən sonra 18 may işğal günü zəfər tarixi ilə əvəz olunub

XalqTv.com Real TV-ə istinadən bildirir ki, əvvəl nəzər salaq, Laçın haqqında məlumatlara... Sahəsi 1 835 km², hündürlük 1.164 m, əhalisi 80.163 nəfər...

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur.

Burda Mirik kəndi ərazisindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, və s tarixi yerlər mövcuddur.

Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var.
Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir,

1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarətdir.

İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.

28 il əvvəl işğal zamanı 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, Laçın rəsmiləri bildirib.
 

Rayon 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb.

Bax bu səbəblər idi ki, Laçın Azərbaycandan əlini üzürdü. Baxmayaraq ki, əslən Laçınlı olanlar da silah götürüb, müharibəyə gəlsələr də. Təsəvvür edin, 2-ci dəfə cəhd olunur, bəzi Laçının kəndləri asad edilir, amma yenə həmin problem, yenə itki.

Fərqi görürük, Azərbaycan ordusunun 1990-cı illərdə gücü, dəqiq desək gücsüzlüyü Ermənistanın hücum əməliyyatlarının qarşısını ala bilməzdi. Nə qədər döyüşçü ruhuna sahib o vaxtkı gənclər olsa da.

İşğaldan bir il sonra vəziyyət dəyişdi, 1993-cü ildə çətinliklə olsa da müəyyən üstünlüklıər oldu, çünki mərkəzləşdirilmiş hakimiyyət qurulurdu, ordu quruculuğu başlayırdı.

Fikir verin, ordu quruculuğu işi başlayan kimi, qəhrəmanlıq göstərən döyüşçülər qiymətləndirilirdi. Qiymətləndirmə təbii ki, öhdəlik, sədaqət,məsuliyyət yaradır. İrəlidə görəcəksiz ki, bu məsələ gələcək döyüşlərdə necə qələbələrə gətirib çıxarır.

28 il ərzində Azərbaycan iqtisadiyyatı böyüyərkən ordunun təminatı və peşəkarlığı artırdı. Bu qələbəni yaxınlaşdırırdı. Müharibədə qələbə isə elə silah aldım, əsgərə təlim keçdim işi ilə bitmir. Burada həm daxili, həm xarici siyasət zərgər dəqiqliyi ilə olmalıdı. Balanslaşma mütləqdi. Necə ki oldu.

2016-cı ilin aprelində Lələtəpənin azad olunması ilə Cocuq Mərcanlıda həyatın canlanması, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı daha böyük uğurlara yol açırdı. Yolda daha böyük uğur vardı, 2020-ci ilin sentyabrı.

Laçınlılarla bərabər 1-ci Qarabağ müharibəsində sağlamlığını itirən, dövlətin uğursuz idarəetmə zamanı vuruşan dəmir kimi insanlar da şaddırlar. 1990-cı illərdəki uğursuzluq 2020-ci ildəki möhtəşəm uğurla tarixi yenidən yazdı. Tarix təkrarlanır deyirlər, amma böyük insanlar pis tarixi təkrarlamağa imkan vermir.

Prezident İlham Əliyevin imzası nəinki Laçında ümumiyyətlə Qarabağda, Azərbaycanda daha böyük uğurlara çevrilməkdə davam edir. İşğal tarixini dəmir yumruğu və imzası ilə Zəfər tarixinə çevirmiş Böyük Azərbaycan, uğurların davamlı olsun!!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR