idman

"Qarabağ" 450 min avro təklif edir, o, razılaşmır

  • 19 May 2021
  • 1746 baxış

APOEL klubunun futbolçusu Qayas Zahidlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.

XalqTv.com sportinfo.az-a istinadən xəbər verir ki, bu, son ölkə çempionu "Qarabağ"dır.

Ağdam təmsilçisinin 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə ildə 450000 avro təklif etdiyi bildirilir. Adı açıqlanmayan Türkiyə klubunun isə 600000 avro ödəməyə hazır olduğu, bu səbəbdən, Zahidin ikinci varianta üstünlük verəcəyi deyilir.

Qayas Zahid 2017-ci ildən APOEL-də çıxış edir. Onun müqavilə yayda başa çatacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR