Xəbərlər

Türkiyə ABŞ-ı Ərdoğanla bağlı ifadələrə görə qınadı

  • 19 May 2021
  • 1790 baxış

Türkiyənin hakim "Ədalət və İnkişaf" partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ tərəfindən Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirilən fikirləri qınayıb.

XalqTv.com  oxu.az-a istinadə xəbər verir ki, bu barədə o "Twitter" hesabında yazıb:

"ABŞ Xarici İşlər Nazirliyini prezidentimizi hədəf almasını görə kəskin qınayırıq. Prezidentimizi antisemitizmdə günahlandırmaq məntiqsiz və yanlış yanaşmadır. Bu, prezidentimiz haqqında söylənilmiş yalandır".

Ömər Çelik ABŞ XİN-i Ərdoğanın fikirlərini diqqətlə dinləməyə dəvət edib:

"Bu açıqlama verənlər prezidentimizi diqqətlə dinləsələr, ədalət və barış üçün addımlar atmış olacaqdılar".

Çelik qeyd edib ki, prezidenti tənqid edənlər bu fikirlərindən imtina etməlidirlər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-19987-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11