Şou Bİznes

“Avroviziya” mahnımız liderdir

  • 20 May 2021
  • 1527 baxış

Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndinin birinci yarımfinaldakı çıxışı trendə düşüb.

XalqTv.com qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının "Mata Hari" şousu müsabiqənin rəsmi yutub hesabında 2 milyona yaxın baxış toplayıb. Əfəndinin çıxışı Azərbaycan üzrə trenddə ilk sırada qərarlaşıb.

Eyni zamanda, Samirənin canlı ifasından sonra "Mata Hari" bir çox ölkələr üzrə musiqi listlərində yüksəlməyə başlayıb. Belə ki, "iTunes" üzrə ev sahibi Niderlandda 25, Norveçdə 25, Belçikada 29, Avstriyada 85, Türkiyədə 115, Danimarkada 143, İsveçrədə 150, Rusiyada 179, Almaniyada 210, İtaliyada 256, Böyük Britaniyada 291-ci yerdədir.

"Apple Music" üzrə Azərbaycanda 33, Maltada 41, Litvada 61, Kiprdə 65, Yunanıstanda 100, Niderlandda 103, Finlandiyada 168, İsveçdə isə 176-cı sıradadır.  

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR