idman

İdmançılarımız Rumıniyada keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirində 7 medal qazanıblar

  • 21 May 2021
  • 1615 baxış

18 və 19 may tarixlərində Rumıniyanın Buxarest şəhərində bədii gimnastika üzrə "Irina Deleanu Cup" adlı beynəlxalq turnir keçirilib.

XalqTv.com Trend-ə istinadən bildirir ki, yarışda ölkəmizi Kamilla Seyidzadə, Məryəm Əliyeva, Alina Məmmədova, Gövhər İbrahimova və Aydan Rəhimova təmsil edib.

Qızlarımız bu yarışda uğurla çıxış edərək, komandaya müxtəlif əyarda tam 7 medal qazandırıblar.

2007-ci təvəllüdlü gimnastların yarışında çıxış edən Alina Məmmədova gürzlərlə icra etdiyi kompozisiyasına görə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Alina topla çıxışına görə 3-cü olub. Onun həmyaşıdı Kamilla Seyidzadə topla gümüş, halqa ilə çıxışına görə bürünc medal qazanıb.

2009-cu il təvəllüdlü gimnastlar arasında yarışan gimnastlarımız da mükafatçılar sırasına daxil olub. Məryəm Əliyeva halqa ilə fəxri kürsünün 1-ci, topla çıxışına görə isə 3-cü pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən Aydan İbrahimova da halqa ilə bürünc medal əldə qazanıb. Gövhər İbrahimova isə ən yaxşı nəticəsini halqa ilə göstərərək, bu proqram üzrə 6-cı olub

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-20013-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11