Dünya

Koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur - ÜST

  • 21 May 2021
  • 1651 baxış

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 6-8 milyon təşkil edə bilər.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun məlumat və təhlil məsələləri üzrə köməkçisi Samirə Əsma brifinq zamanı deyib.

ÜST-ün statistikasına əsasən, 2020-ci il yanvarın 30-dan dekabrın 31-dək müddət ərzində dünyada 1 813 188 nəfər koronavirusdan həyatını itirib. Amma ötən il üzrə aparılan təhlillər bütün ölüm hallarının qeydə alınmadığını göstərib.

O bildirib ki, koronavirus pandemiyası hazırda inkişaf edir:

"Bildiyimiz kimi, hazırda 3,4 milyondan çox ölüm faktı qeydə alınıb. Hesab edirik ki, bu göstəricilərin aşağı həddidir və real rəqəmlər rəsmi məlumatlardan 2-3 dəfə artıq ola bilər. Hazırda pandemiya inkişaf edir və bizim qiymətləndirmələrimiz təkmilləşəcək. Mənim fikrimcə, əminliklə demək olar ki, əslində COVID-19-dan ölənlərin sayı 6-8 milyon nəfərdir"

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-20019-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11